İslamiadada uduzdu, millimizdən qovuldu

media-hightechnic-468x90

IV İslam Həmrəyliyi Oyunlarında uğursuz çıxışı ilə yadda qalan qadınlardan ibarət taekvando millimizin üzvü Darya Şkurko yığmamızdan uzaqlaşdırılıb.

Yeniçağ.Az-a bu barədə məlumatı millimizin baş məşqçisi Elnur Amanov verib. Məşqçinin sözlərinə görə, Şkurko ona göstərilən etimadı doğrultmayıb. Amanov bildirib ki, Darya ona verilən şansdan maksimum istifadə edə bilmədiyi üçün yığmadan birdəfəlik uzaqlaşdırılıb.

O, 1/4 finalda Mərakeş təmsilçisi Sukayna Əl Auniyə uduzduğu üçün mübarizəni dayandırıb.Qeyd edək ki, 62 kq. çəki dərəcəsində çıxış etmiş Darya Şkurko 2015-ci ildə millimizə cəlb olunub.

Emin
Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa