İspanlar “Qarabağ”ın atmacasından yazdı – FOTO

“Qarabağ”ın rəsmi “”facebook” səhifəsinin dünən Avropa Liqasının 1/16 final mərhələsində “Kopenhagen” – “Atletiko” (1:4) matçı öncəsi atmacalı paylaşımı İspaniyada maraqla qarşılanıb.

Yenicag.az xəbər verir ki, sözügedən ölkənin məşhur “Marca” və “El Mundo Deportivo” nəşrləri öz səhifələrində “Qarabağ”ın paylaşımına yer ayırıblar.

“Qarabağ”ın bu paylaşımla hər iki klubu əla saldığını qeyd edən “Marca” “Atletiko”nun bundan dərs çıxarmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i mübarizədən kənarlaşdıran “Qarabağ” qrup çərçivəsində keçirilən hər iki oyunda “Atletiko”ya boyun əyməyib – 0:0, 1:1.