İsrail Azərbaycana yeni səfir təyin etdi

media-hightechnic-468x90

İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu elan edib.

Yenicag.az dünya mətbuatına istinadən xəbər verir ki, bu vəzifəyə Corc Dik təyin edilib.

O, 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı sıfiri postuna sahiblik edən Dan Stavı əvəzləyəcək.

C.Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyində Baş direktor məsləhətçisi kimi çalışıb.

İsrail KİV-nin yazdığına görə, ölkə tarixində ilk dəfə səfir postuna xristian ərəb təyin olunub.

Qeyd edək ki, C.Dik nazirlikdə 2008-ci ildən işə başlayıb, ardından 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbərlərinin müavini olub.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa