“İsrail beynəlxalq hüquqa tüpürür” – Netanyahunun GİZLİ HƏMLƏSİ

media-hightechnic-468x90

“İsrail satqın Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin dövlətinin torpaqlarını da tutacaq”.

Bu sözləri Tramp Netanyahu görüşü, Qəzza probleminin həlli məsələsi və gözlənənləri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

media-zerdust1

O, bildirib ki, İsrail və ABŞ fələstinliləri Qəzzadan çıxaracaq:

“Tramp qeyri-ciddi adamdır. Onun sözlərinin bir qara qəpiklik qiyməti yoxdur. Tramp deyir ki, Qəzza məsələsini həll ediblər. 70 illik məsələni bir günə həll etdilər? İsrailin mövqeyi Qəzza məsələsinin həllinə imkan vermir. İsrail beynəlxalq hüquqa, bütün ərəb dövlətlərinə və Fələstin xalqının hüququna tüpürür. İsrail deyir ki, Qəzzanı təmizləməlidir, fələstinliləri oradan qovmalıdır. Artıq ABŞ tikinti maqnatları ilə danışıqlar aparılıb. Qəzzada rivyera tikiləcək. Hər şey hazırdır. Qalıb fələstinliləri oradan qovmaq, etnik təmizləməni həyata keçirmək”.

“İordan çayının sağ sahilinə gəldikdə isə İsrail satqın Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin dövlətinin torpaqlarını da tutacaq. Onları da oradan köçürəcəklər. Bu Trampın dəstəklədiyi Netanyahu siyasətidir. Ərəb dövlətləri və onların harınlamış rəhbərləri susur. Yeganə müqavimət göstərən İran idi. İranı vurdular. “Hizbullah” vuruşur, ancaq onlar da zəifdir. Fələstin xalqının faciəsi davam edir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa