İsrail Livanda “Hizbullah” üzvlərini zərərsizləşdirdiyini açıqladı

media-hightechnic-468x90

İsrail Livanın cənubunda “Hizbullah” hərəkatına məxsus altı silahlı şəxsin zərərsizləşdirildiyini bəyan edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Bin Cbeyl şəhərində hərbçilər tərəfindən aşkar edilən silahlılarla atışma baş verib və ilkin mərhələdə iki nəfər məhv edilib.

Daha sonra onların gizləndiyi binaya hava zərbəsi endirilib və nəticədə daha dörd nəfər öldürülüb.

İsrail tərəfi əməliyyat zamanı öz hərbçiləri arasında itki və ya xəsarət qeydə alınmadığını bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05