İsrail ölkəsini tərk etmək istəyənlərə belə şərait yaratdı

media-hightechnic-468x90

Tel-Əviv ölkədə qalan əcnəbi vətəndaşlara repatriasiya uçuşları ilə İsrail ərazisini tərk etməyə icazə verəcək.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin nəqliyyat naziri Miri Regev məlumat yayıb.

Xaricdən 100 mindən çox israillini İsrailə qaytarmaq üçün iyunun 18-dən repatriasiya uçuşları həyata keçirilir. İsrailin “El Al”, “İsrair” və “Arkia” aviaşirkətləri atəşə tutulma təhlükəsi səbəbindən uçuşlar yalnız gündüz saatlarında həyata keçirilir. Təyyarələr Təl-Əvivin Ben Qurion hava limanına gəlir, sərnişinləri düşür və dərhal uçur.

Məlumata görə, İsrail hakimiyyəti iyunun 23-dək ölkəni hava yolu ilə tərk etməyi qadağan edib. Bu  gün hava yollarının 24 repatriasiya reysi həyata keçirəcəyi gözlənilir və hər bir uçan təyyarə 50 sərnişinlə məhdudlaşacaq. Gediş zamanı insanların həyatının xilas edilməsi, humanitar yardımın göstərilməsi və milli təhlükəsizliyin təmin edilməsi ilə bağlı işlərə üstünlük veriləcək./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600