İsrail prezidenti İranın zərbələrini müharibə elanı adlandırıb

media-hightechnic-468x90

İsrail prezidenti İsxak Hersoq İranın bazar günü gecə İsrailə hücumunu müharibə elanı adlandırıb.

O, bu barədə Britaniya televiziya kanalına müsahibəsində bildirib.

media-banner_tkm

“Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq. Bu əsl müharibəyə oxşayır. Mən düşünürəm ki, bu müharibə elanıdır”, – Hersoq bildirib.

Bununla yanaşı, dövlət başçısı İsrailin ərazisinin gecə atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb.

“Biz müharibəyə can atmırıq. Düşünürəm ki, bu sözlərlə məhdudlaşdıracağam”, – deyə o cavab verib.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə qarşı pilotsuz təyyarələr və raketlər ataraq bunu İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrailə aid edilən hücuma cavab adlandırıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05