İsrail Qəzzadakı xristian artefaklarını “təhlükəsiz” əraziyə daşıyır

media-hightechnic-468x90

İsrailin Ərazilərdəki Hökumət Fəaliyyətlərinin Koordinatorluğu (ƏHFK) Qəzza zolağında xristian icmasına aid nadir artefakların təhlükəsiz yerə köçürüldüyünü açıqlayıb.

Yenicag.az “The Times of Israel”ə istinadən xəbər verir ki, köçürülən nümunələr arasında qədim mozaikalar və keramika məmulatları da yer alır.

Qüdsdəki Fransa Bibliya və Arxeologiya Məktəbinin (EBAF) direktoru Olivye Pokiyon ötən həftə AFP-yə bildirib ki, İsrail hakimiyyəti məktəbə məxsus, Qəzza şəhərində yaşayış binasının birinci mərtəbəsində yerləşən arxeoloji anbarın boşaldılmasını tələb edib. Həmin bina mümkün hədəf kimi göstərilib.

İsrail ordusu bu xəbərdarlığı təsdiqləməsə də, bir neçə mənbə Fransa, UNESCO və Qüdsün Latın Patriarxlığının bu prosesdə mühüm rol oynadığını, nəticədə əksər nümunələrin xilas edildiyini bildirib.

ƏHFK-nın açıqlamasında konkret hansı anbarın boşaldıldığı qeyd olunmasa da, əməliyyatın Qəzza üzrə Koordinasiya və Əlaqələndirmə İdarəsi və adı açıqlanmayan beynəlxalq təşkilatla birgə həyata keçirildiyi vurğulanıb. Bu köçürülmə “Qəzzanın cənubuna sakinlərin və beynəlxalq qurumların təhlükəsiz keçidini təmin etmək səylərinin bir hissəsi” kimi təqdim olunub.

Bəyanatda qeyd olunur ki, bir neçə beynəlxalq təşkilata məxsus anbarların tərkibi hazırda Qəzza zolağının cənubuna daşınır. İsrail həmin əraziləri “təhlükəsiz zonalar” kimi təqdim edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa