İsrail Suriyaya hücum etdi

Suriyanın paytaxtı Şamın cənubunda yerləşən bəzi hərbi obyektlərə havadan zərbələr endirilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Raket hücumunun İsrail tərəfindən edildiyi bildirilir. Suriya dövlətinin rəsmi agentliyi isə yaydığı məlumatda İsrail ordusuna aid iki raketin zərərsizləşdirildiyi qeyd olunub.