İsrail üçün TƏHLÜKƏLİ SÜKUT: ABŞ və Türkiyə Suriyanı yenidən OYUNA SALIR

media-hightechnic-468x90

Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi, Əhməd əş-Şaraa ilə görüşü və Suriyanın İsraillə əlaqələri normallaşdırmağa çağırılması bölgədə yeni reallıq formalaşdırır.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Yaxın Şərqdə artan nüfuzunun geosiyasi müstəvidə təsirlərini təhlil edən “The Arab Weekly” nəşri yazıb.

Təhlil məqaləsində bildirilib ki, ABŞ-nin Suriyada Türkiyə ilə sıx koordinasiyada fəaliyyət göstərməsi bölgədə yeni diplomatik konfiqurasiya yaradıb. Bu üçbucaq – Vaşinqton, Ankara və Dəməşq arasında formalaşan əməkdaşlıq İsrailin regionda sabitliyi pozmaq cəhdlərinə əngəl ola bilər. ABŞ prezidenti Donald Trampın müşaviri Tomas Barakın Suriya üzrə xüsusi elçi təyin olunacağı gözlənilir. Bu, ABŞ-nin yeni Suriya hakimiyyətinin Ankara təsiri altında olduğu düşüncəsini gücləndirir. Həmçinin Vaşinqtonun bu nüfuzdan faydalanmaq niyyətini ortaya qoyur. Tramp Ərdoğanın dəstəklədiyi qrupların köməyi ilə Əsəd rejimini zəiflətməyə görə təbrik edib və onunla şəxsi münasibətlərinin hər zaman yaxşı olduğunu bildirib.

Sanksiyaların ləğvi və regional diplomatik qələbələr

Son aylar baş verən hadisələr, o cümlədən Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi, Əhməd əl-Şaraa ilə görüşü və Suriyanın İsraillə əlaqələri normallaşdırmağa çağırılması bölgədə yeni reallıq formalaşdırır. Türkiyəli ekspertlər bu prosesləri həm Ankara, həm də Dəməşq üçün diplomatik qələbə kimi dəyərləndirirlər. Onların fikrincə, siyasi legitimliyin və tanınmanın əldə olunması Suriyaya xarici sərmayə axınını təşviq edə bilər. Vaşinqtonda keçirilən ABŞ-Türkiyə-Suriya işçi qrupunun iclası da bu əməkdaşlığın rəsmi təsdiqi kimi çıxış edir. Görüşdə ABŞ və Türkiyə liderlərinin Suriyada sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığı dərinləşdirmək niyyətində olduqları vurğulanıb.

İsrail və regional rəqabət dinamikası

Bu yaxınlaşma İsrailin narahatlığına səbəb ola bilər. Vaşinqtonun Ankaranın Suriya ilə artan əlaqələrinə dəstək verməsi, İsrailin Suriyanın zəiflədilməsi strategiyasına uyğun gəlməyə bilər. Lakin ABŞ, Türkiyə ilə İsrail arasında potensial hərbi gərginliyi azaltmaq üçün vasitəçi rolunu da üzərinə götürə bilər. İsrailin Suriya ərazisindəki bombardımanları və bölgədə sabitliyi pozacaq addımları fonunda ABŞ və Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaq və terrorçulara sığınacaq verməyən bir dövlətin formalaşmasına dəstək verməsi mühüm mesajdır. Bu, həm regionda güc balansını dəyişə, həm də ABŞ-nin Yaxın Şərqdəki strategiyasına yeni impuls verə bilər.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600