!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail və Səudiyyə yaxınlaşması: Yaxın Şərqdə yeni ittifaq yaranır?

!Reklam – Yazi

İsrail hökuməti İran təhdidinə qarşı Səudiyyə Ərəbistanı ilə ittifaq qurmaq istədiklərini dilə gətirirlər. Səudiyyə Ərəbistanının Həriri həmləsi və Livana səyahət qadağası, İsrailin Hizbullaha müdaxiləsi ehtimalını artırır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail və Səudiyyə Ərəbistanı arasında yarana biləcək ittifaq Yaxın Şərqdə balansı tamamilə dəyişdirə bilər. İsrailin dövlət xadimlərindən olan Naftali Bennet iqtidarın məqsədini bu cür ifadə edib:

“İsrailin 2 hədəfi var: İranın bölgədə hakim mövqeyə gəlməsinin qarşısını almaq və regiondakı güclü “oyunçu”larla ittifaq qurmaq”. Bennet açıqlamasında Səudiyyə Ərəbistanının adını çəkməsə də, İsrail mediası onun çıxışını birmənalı qiymətləndirməyib.

“Jerusalem Post” qəzetinə açıqlama verən müdafiə naziri Moşe Ya-alon da İsrail və sünni ərəb ölkələrinin İranın nüvə təhlükəsinə qarşı birləşəcəyini bildirib.

Bundan əlavə, rəsmi Riyad da İsrailin Hizbullahı vurmağını istəyir. Həririnin Səudiyyə Ərəbistanının təzyiqilə istefa verdiyini və bu ölkədə ev dustağı olduğunu iddi edən Hizbullah lideri Nasrallah səudiyyəlilərin Livan siyasətinə müdaxilə etdiyini söyləyir. Onun fikrinə görə, Səudiyyə hökuməti İsraili Hizbullaha qarşı müharibəyə təşviq edir.

Beləliklə, İsrail və Səudiyyə Ərəbistanının maraqları bir çox nöqtədə toqquşur. Buna görə də iki ölkə arasında yeni bir ittifaqın yaranması ehtimalı olduqca böyükdür. Yeni müttəfiqlik isə Yaxın Şərqin taleyini tamamilə dəyişə bilər.

www.yenicag.az

2076
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv