“İsrail davam etsə, bu proses onun üçün çox ağır nəticələr verə bilər”.
Bu fikri İsrailin Suriya ərazisinə daxil olması və bunun gətirə biləcəyi nəticələri Yenicag.az-a dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.
O, bildirib ki, İsrailin bu addımının qarşısı alınmalıdır:
“Suriyada baş verən proseslər fonunda İsrail fürsətçilik etməyə başladı. Onlar Qolan təpələrini işğal etdi, ardınca isə Dəməşqə raket zərbələri endirdi. İsrail bəhanə gətirir ki, bunu etməkdə məqsəd təhlükəsizliyidir. Hesab edirəm ki, İsrailin atdığı bu addım BMT nizamnamələrinin pozulması deməkdir. Öncə ABŞ buna qarşı çıxmalıdır. Əgər İsrail dayandırılmasa, bu digər regionlara da təsirsiz ötüşməyəcək. İşğal faktoru leqallaşacaq”.
“Suriya keçid mərhələsini yaşayır. Ordunun buraxılması da öz sözünü deyir. Hesab edirəm ki, İsrail davam etsə, bu proses onun üçün çox ağır nəticələr verə bilər. Çünki Suriyadakı güclər uzun illərdir müharibə içərisindədir. Onlar öz torpaqlarına qayıtmaq üçün hər addım atdı. Torpaqlarının işğalı ilə barışmayacaqlar. Onlar İsrailə qarşı hərəkət keçsələr, bu prosesin qarşısında İsrail dayana bilməyəcək. Ona görə də ən uyğun variant İsrailin öz sərhədlərinə geri çəkilməsi olardı”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd
www.yenicag.az