!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailin 22 illik planı bəlli oldu – Səhranın üç qat dərinliyində basdırılıb

!Reklam – Yazi

 

İranla İsrail arasında gərginlik günü-gündən artır. Hadisələr maraqla izlənilərkən yeni bir plan ön plana çıxıb.

Yenicag.az xəbər verir ki, bir çox lider və təşkilat Tek-Əvivə İranın nüvə obyektlərindən uzaq durması ilə bağlı xəbərdarlıq edərkən, ABŞ mediası İsrail qüvvələrinin bu anı 22 ildir planlaşdırdığını yazıb.

ABŞ-ın “New York Times” qəzeti iki il öncə, müharibə başlamamışdan əvvəl onlarla İsrail təyyarəsinin Aralıq dənizi üzərində uçduğunu və İranın nüvə obyektlərinə hücumu simulyasiya etdiyini xatırladıb və bunun təkcə Tehrana hədə-qorxu gəlmək deyil, həm də hücum olduğunu iddia edib.

ABŞ prezidenti Co Bayden İsrailin İrana necə cavab verəcəyi ilə bağlı hələ dəqiq qərar vermədiyinə diqqət çəkərək, “Əgər mən onların yerində olsaydım, neft yataqlarından başqa alternativləri nəzərdən keçirərdim” ifadəsini işlədib. Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini də bəyan edib.

“New York Times” qəzetinin yazdığına görə, İsrail heç olmazsa, ilkin mərhələdə nüvə obyektlərinə toxunmaq niyyətində deyil. Rəsmilər hesab edirlər ki, İsrailin İrana qarşı ilkin cavab tədbirləri çox güman ki, hərbi bazalara və bəlkə də bəzi kəşfiyyat mərkəzlərinə yönələcək. Lakin bu, o demək deyil ki, nüvə obyektləri tamamilə ssenaridən kənarda qalıb.

22 ildir ki, İsrail və Vaşinqtonun İranda diqqət mərkəzi səhrada təxminən üç qat dərinlikdə basdırılmış Natanz nüvə zənginləşdirmə obyekti olub. “New York Times” qəzetinin məlumatına görə, İsrail uzun illərdir ki, buranı dağıtmaq və ya sıradan çıxarmaq üçün planlar hazırlayır.

Paytaxt Tehrandan 250 kilometr cənubda yerləşən Natanz İranın uranın zənginləşdirilməsi üzrə ən böyük obyektidir. Natanz kifayət qədər asan hədəf olsa da, onu vurmaq müharibə aktı ola bilər.

Buna görə də ABŞ son 15 ildə proqramı çökdürmək üçün bomba əvəzinə diplomatiya, təxribat və sanksiyalardan istifadə edib. İsraillilər nüvə obyektlərinin ətrafındakı hava hücumundan müdafiə sistemini zərərsizləşdirə biləcəklərinə inanırlar, lakin “New York Times” qəzetinin məlumatına görə, Təl-Əvivin ABŞ-ın döyüş sursatı və dəstəyi olmadan bunu etməsi mümkün görünmür.

Qeyd edək ki, İsfahan şəhərinin Natanz bölgəsində yeraltı tikilmiş Natanz Nüvə Obyektinin tikintisinə 2000-ci ildə başlanılıb. Natanz İranın ən böyük uranın zənginləşdirilməsi obyekti kimi tanınır. Natanzdakı obyekt İranın nüvə proqramının ən mühüm hissəsi hesab olunur. İranın paytaxtı Tehrandan təxminən 320 kilometr cənubda yerləşən obyekt düşmənin hava hücumlarından qorunmaq üçün yerin altında tikilib.

Obyekt ABŞ və İsrail tərəfindən üç dəfə təxribat edilib, onlardan biri də “Stuxnet” olub. İran rəsmiləri bu hərəkətlərə görə İsrail və ABŞ-ı günahlandırıb.

2015-ci ildə imzalanan müqaviləyə əsasən, İran elektrik stansiyalarında istifadəyə yararlı, lakin silah istehsalı üçün yararsız olan bu obyektdə yalnız aşağı zənginləşdirilmiş uran istehsal edəcəkdi.

Tərkibində cəmi 3-4 faiz U-235 olan az zənginləşdirilmiş uran atom elektrik stansiyalarında yanacaq kimi istifadə edilə bilər. Nüvə silahları üçün tələb olunan uran 90 faiz zənginləşdirilməlidir. Bu razılaşma ilə İran həmçinin 2026-cı ilə qədər Natanzda maksimum 5060 köhnə və aşağı effektiv sentrifuqanı saxlamağa, 2031-ci ilə qədər isə Fordodakı digər yeraltı obyektdə zənginləşdirmə fəaliyyətləri ilə məşğul olmamağa razılaşıb. Lakin ABŞ 2018-ci ildə sazişdən çıxdığını açıqlayıb.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

142
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv