İsrailin 60 günlük atəşkəs TƏKLİFİ – HƏMAS silahı YERƏ QOYUR?

media-hightechnic-468x90

İsrail bu müddətdən istifadə edərək HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutan daimi atəşkəs planı irəli sürəcək.

Yenicag.az xəbər verir ki, bunu Yaxın Şərqdə İsrail-HƏMAS münaqişəsinin gələcəkdə ehtimal olunan proseslərini təhlil edən “Reuters” nəşri yazıb.

Məqalədə qeyd olunub ki, İsrail-HƏMAS arasında Qəzzada atəşkəs və girovların azad olunmasına dair razılaşma bir və ya iki həftə ərzində əldə oluna bilər. Lakin belə razılaşmanın bir gündə baş tutması real görünmür. Əgər tərəflər təklif olunan 60 günlük atəşkəsə razılaşsalar, İsrail bu müddətdən istifadə edərək HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutan daimi atəşkəs planı irəli sürəcək. HƏMAS bu təklifi qəbul etmədiyi halda, hərbi əməliyyatlara davam ediləcəyi vurğulanıb.

Təhlildə o da vurğulanıb ki, ABŞ prezidenti Donald Tramp Qəzzadakı vəziyyəti müzakirə etmək üçün son iki gün ərzində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ikinci dəfə görüşüb. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof açıqlamasında bildirib ki, razılaşma 10 canlı və 9 ölü girovun azad edilməsini əhatə edir. HƏMAS-a yaxın mənbə isə Qətərdə aparılan dolayı danışıqlarda əsas fikir ayrılıqları ilə bağlı ciddi irəliləyiş olmadığını deyib. Tramp bəyan edib ki, razılaşma “çox yaxın” olsa da bu və ya gələn həftə baş tuta bilər.

Xatırladaq ki, Qəzza müharibəsi 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlayıb. Nəticədə təxminən 1200 nəfər həyatını itirib, 251 nəfər girov götürülüb. Qəzzada hazırda 50-yə yaxın girovun olduğu, onların təxminən 20-nin sağ olduğu ehtimal edilir. İsrailin cavab əməliyyatlarında 57 mindən çox fələstinli həlak olub, bölgənin böyük hissəsi isə dağıdılıb. Netanyahunun ABŞ-yə səfəri prezident Trampa İranın nüvə obyektlərinə birgə zərbələrə görə açıq təşəkkür etməsi ilə yadda qalıb. Tramp zərbələr nəticəsində İranın üç əsas nüvə obyektinin sıradan çıxarıldığını desə də, bəzi ekspertlər ziyanın miqyasını sual altına alıblar.

Nəsimi Ələsgərli

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600