İsrailin COP29 üzrə milli koordinatoru Azərbaycana gəldi

media-hightechnic-468x90

İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycana səfər edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı İsrailin Azərbaycandakı səfiri Corc Dik “X”dəki hesabında yazıb.

“İsrailin COP29-da iştirakı üzrə milli koordinatoru Karmela Şamirin Bakıya səfərini başa çatdırmaqdan şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan hadisə üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!”, – diplomat qeyd edib.

Qeyd edək ki, aprelin 4-də İsrail Xarici İşlər Nazirliyi COP28-in təsirləri və noyabrda Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı qurumlararası konfrans təşkil edib. Konfrans nazirliklərin, biznes sektorunun, elmi dairələrin və yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçirilib. Konfrans çərçivəsində Karmela Şamir İsrailin COP29-da iştirakı üzrə yeni təyin edilən milli koordinator olduğu açıqlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600