İstanbul DANIŞIQLARI: Simvolik yaxınlaşma, yoxsa reallıqdan UZAQ GƏLƏCƏK?

media-hightechnic-468x90

“Həmin görüşdən dərhal konkret nəticələr gözlənilməsə də, belə danışıqlar prosesləri sülhə bir qədər də yaxınlaşdırır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O, Rusiya-Ukrayna məsələsi ilə bağlı danışıqlar üçün İstanbul formatının əhəmiyyətindən danışıb.

İ. Hüseynovun fikrincə, qardaş Türkiyədə görüşün nəzərdə tutulması çox mühüm hadisədir:

“Türkiyə haqlı olaraq Kiyev və Moskva arasında vasitəçilikdə maraqlıdır. Həmçinin tərəflərin də Ankaraya böyük etimadı və inamı mövcuddur. Qara dəniz bölgəsində Türkiyənin Rusiya və Ukrayna ilə qonşuluğu kifayət qədər böyük üstünlüklər qazandırır. Lakin Rusiya prezidenti Vladimir Putinin İstanbula gəlməməsi müəyyən suallar yaradır. Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski də Rusiya lideri olmadan aparılan danışıqlar səmərəsiz və faydasız olacağı düşüncəsindədir. Kreml öz nümayəndəsini görüşə göndərib. Burada məqsəd Kiyevin mövqeyinin və beynəlxalq ictimaiyyətin diqqətinin nəyə yönələcəyini təhlil etməkdir”.

Həmsöhbətimiz əmindir ki, müharibəni dayandırmaq, atəşkəsə nail olmaq və davamlı, hərtərəfli sülh üçün çalışmaq lazımdır:

“ABŞ-nin proseslərdə mövqeyi həlli çətin və ya təhlükə yaradan məsələlərin hələ də qalmasıdır. Məsələn, Ukraynanın ərazi itkiləri ilə barışmaması, Zaporojyadakı atom elektrik stansiyasının taleyi, xalqın buna reaksiyası, ABŞ və Avropanın təhlükəsizliyi və s. Bir sözlə, cavabı bilinməyən və hələ də açıq qalan suallar var. Bu kontekstdə nəqliyyat və enerji məsələləri xüsusi önəm daşıyır. Qısacası, həmin görüşdən dərhal konkret nəticələr gözlənilməsə də, belə danışıqlar prosesləri sülhə bir qədər də yaxınlaşdırır”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600