İstanbul büyükşehir bələdiyyə seçkiləri zamanı verilən səslər toplanır.
Yenicag.az xəbər verir ki, səslərin toplanmasının ilkin nəticələri açıqlanıb.
İlkin nəticələrə əsasən, Cümhuriyyət Halk Partiyası namizədi Ekrem İmamoğlu səslərin 53.76 faizini toplayaraq öndədir. Hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binali Yıldırım isə 45.30 faiz səslə ikincidir. Digər partiyalar isə geriyə qalan 0.91 faiz səsləri yığa bilib.
AK Partiya namizədi Binali Yıldırım, ilkin nəticələrlə bağlı açıqlama verərək, rəqimi Ekrem İmamoğlunu təbrik edib.
Hazırda açılmayan sandıqlarda səslərin toplanması davam etdirilir.
www.yenicag.az