Türk Hava Yolları (THY) İstanbul Yeni Hava Limanına köçürüləcək.
Yenicag.az xəbər verir ki, İstanbul Yeni Hava Limanından THY-nin ilk daxili uçuş Ankaraya, xarici uçuş isə Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə olacaq.
Bu barədə THY-nin baş direktoru Bilal Ekşi məlumat verib.
Qeyd edək ki, İstanbul Yeni Hava Limanından ilk uçuş 31 oktyabra nəzərdə tutulub.