İstanbulda NƏ DANIŞILDI? – “Bir nəticə çıxacağını düşünmürəm”
“Qısa müddətdə Rusiya və Ukrayna arasındakı danışıqlardan bir nəticə çıxacağını düşünmürəm”.
Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib.
O, ötən gün İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlara münasibət bildirib.
Analitikin sözlərinə görə, əsas problem ondan ibarətdir ki, müharibə Rusiyanı Ukrayna üçün, Ukraynanı isə Rusiya üçün mövcudluq problemi halına gətirib:
“Belə olduqda müharibələr, adətən, tərəflərdən biri tamamilə tükənənə qədər davam edir. Əgər Tramp məsələni öz öhdəsindən atsa, bu, çox güman ki, Kiyev olacaq və ukraynalılar daha pis şərtlərlə danışıqlar masasına qayıtmaq məcburiyyətində qalacaqlar. İstanbul danışıqları isə çox güman ki, tərəflər arasında formal bir nümayiş olacaq. Əsas razılaşma Tramp və Putin arasında əldə olunmalı və daha sonra Kiyevə qəbul etdirilməlidir. Bu da kifayət qədər çətin olacaq. Ona görə də hazırda yalnız müharibənin davam edəcəyini görürəm. O vaxta qədər ki, döyüş meydanındakı vəziyyət bir tərəfi razılaşma imzalamağa məcbur edəcək”.
Rafi Müslümov