İstefa verən 52 AXCP-li KXCP-ə getdi

media-hightechnic-468x90

82769“Azərbaycan Xalq Cəbhəsi Partiyasını tərk edən 52 nəfər Klassik Xalq Cəbhəsi Partiyasına (KXCP ) üzv olmaq üçün ərizə ilə müraciət edib”.

 Bunu  açıqlamasında KXCP-nin sədr müavini Xəzər Teyyublu bildirib.

O, vurğulayıb ki, 52 nəfərin ərizələrinə yaxın günlərdə baxılacaq:

“Mənə partiyamızın Sumqayıt şəhər şöbəsindən bildirdilər ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasını tərk edənlər bizim partiyaya ərizə ilə müraciət edib. Mən də dərhal göstəriş verdim ki, kim bizə müraciət edirsə, siyasətlə məşğul olmaq istəyirsə, öz siyasi fəaliyyətini Klassik Xalq Cəbhəsi Partiyasına uyğun bilirsə, konkretləşdirib ərizələrini qəbul edin. Burada faciə görmürəm. Onlar artıq bizim partiyaya bəyanatla müraciət edib. Dedim ki, anketləşdirib, məsələni həll edin”.

X.Teyyublu onu da əlavə edib ki, KXCP-yə üzv olacaq 52 nəfərin kimliyi yaxın zamanda açıqlanacaq.

Qeyd edək ki, AXCP-nin Sumqayıt şəhər təşkilatından 52 nəfərin istefa verilməsi barədə məlumatı partiyanın Sumqayıt şöbəsinin sabiq sədri Kəmaləddin Rəhimov yayıb. (aznews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600