İtaliyada bir sutkada koronavirusdan 300-dən çox insan öldü

İtaliyada son sutka ərzində yeni növ koronavirus infeksiyasından 368 nəfər həyatını itirib.

Yenicag.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli bildirib.

O, qeyd edib ki, bununla da ölkədə təsdiqini tapmış yoluxma hallarının ümumi sayı 20603 nəfər, ölənlərin sayı isə 1809 nəfərdir.

COP29