İtkin düşən mer tapıldı

media-hightechnic-468x90

45bda84d5901e2aa1c83c8f0d62964a5Rusiya Rusiya Federasiyası Mari El Respublikasının paytaxtı Yoşkar Olanın itkin düşmüş meri Pavel Plotnikov tapılıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mari El Respublikası üzrə Baş İdarəsindən bildirilib ki, P. Plotnikov sağdır, ailəsinin əhatəsindədir, səhhətində hər hansı problem yoxdur.

Bildirilir ki, P. Plotnikov ailəsinə xəbər vermədən dostları ilə həftə sonu istirahət etməyə gedib.

Yoşkar Ola merinin itkin düşməsi barədə polisə həyat yoldaşı bildirib.

O, aprelin 17-dən 18-nə keçən gecə polis bölməsinə gələrək, həyat yoldaşının sonuncu dəfə Yoşkar Oladakı İnşaatçılar küçəsinə getdiyini, ondan sonra barəsində heç bir məlumat ala bilmədiyini bildirib.

Şəhərin bütün post-patrul, dövlət avtonəqliyyat və xüsusi mühafizə xidmətinin əməkdaşları merin axtarışlarına cəlb olunub.

P. Plotnikov 31 oktyabr 2014-cü ildən Yoşkar Ola şəhərinin meridir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa