İtkin düşən şəxsin meşədə parçalanmış cəsədi tapıldı

media-hightechnic-468x90

Türkiyənin  Sivas  ərazisində bir müddətdir itkin  düşən Həsən Əli adlı şəxsin parçalanmış cəsədi  aşkar edilib. 

Yenicaag.az xəbər verir ki,  meşəyə odun yığmaq üçün evdən ayrılan yaşlı şəxslə daha sonra əlaqə saxlamaq mümkün olmayıb.  Bundan narahat olan kişinin qardaşları jandarmaya xəbər verərək, birlikdə axtarışa çıxıblar.

Günlərdir davam edən axtarış kişinin parçalanmış cəsədinin tapılması  ilə yekunlaşıb. İlkin ehtimallara görə, Həsən Əli  ayının hücumuna məruz qalıb. Şəxsin parçalanmış cəsədi  toplanaraq tibbi  ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600