İtkin düşmüş şəhidimizin məzarı 26 ildən sonra tapıldı - VİDEO

media-hightechnic-468x90

Qarabağda erməni işğalçılarına qarşı döyüşlərdə itkin düşdüyü ehtimal edilən daha bir azərbaycanlı hərbçinin məzarı aşkar edilib.

media-banner_tkm

Yenicag.az  xəbər verir ki, əslən Neftçalanın Xolqarabucaq kəndindən olan İlqar Həsənalı oğlu Nəcəfov 1993-cü ildə cəbhəyə yollanır. 1994-cü ildə ailəsi ondan xəbər ala bilmir. Xidmət etdiyi hərbi hissədən İlqarın itkin düşdüyü xəbəri gəlir. Şəhidin yaxınları 1997-ci ilədək axtarışları davam etdirirlər. Sonradan məlum olur ki, İlqar Nəcəfov 1994-cü ildə yanvan ayında həlak olan və burada dəfn edilən 37 şəhiddən biridir.

ARB TV-də İmişlinin Şəmmədli qəbiristanlığında dəfn edilən naməlum şəhidlərin olması haqqında yayımlanan süjetdə İlqarın şəklini görən yaxınları onu tanıyıblar.

Cəfər Nəcəfov – Şəhidin qardaşı: “26 illik həsrətə son qoyuruq. Hamısından hallallıq istəyrik. Əziyyət çəkiblər”.

Həsənalı Nəcəfov – Şəhidin atası: “1994-cü ilin yanvarın 10-da şəhid olanlar İmişli qəbiristanlığında dəfn edilib. Oğlum mənə məlumat verdi. Gəldilər, şəkil, sənədlər gətirdilər. Baxdıq ki, uyğunlaşır. Elə bil ürəyimizə sərin su səpildi”.

Samir Səmədov – Sakin: “Naməlum məzarlar vardı. Gəlib ziyarət edirdik”.

Şəhidin nəşi Azərbaycan bayrağına bükülərək anadan olduğu kəndə aparılıb. Bugünədək Şəmmədli qəbristanlıqda dəfn edilən 37 naməlum şəhidin 27-sinin kimliyi aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. 10 şəhidin kimliyi isə hələ də naməlum olaraq qalır. /ARB

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05