IV siniflərdə monitorinq keçirilir

media-hightechnic-468x90

Mayın 18-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilir.

Elm və Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir.

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Qeyd edək ki, 18-19 may tarixlərində baş tutacaq monitorinqlərdə 300 min nəfərə yaxın şagirdin iştirakı nəzərdə tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600