İyulun 16-da hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək

media-hightechnic-468x90

İyulun 16-da hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər iyulun 7-dən 15-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:

https://exidmet.dim.gov.az/elimt/HakimTest

Test imtahanı 2023-cü il iyulun 16-da iki növbədə – saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600