İyunun 16-dan sığortada "ən pis sürücü" dövrü: FİN kodla izləmə nələri dəyişəcək?

media-hightechnic-468x90

Azərbaycanda icbari sığorta bazarı iyunun 16-dan etibarən ciddi transformasiyaya hazırlaşır. Mərkəzi Bankın qəbul etdiyi yeni qaydalar, xüsusilə “zərərlilik tarixçəsinin avtomobilə deyil, sürücünün FİN koduna bağlanması” və “ən yüksək riskli tarifin əsas götürülməsi” prinsipləri sürücülər arasında müxtəlif suallar doğurub. Bu dəyişikliklərin yollarda intizamı artırıb-artırmayacağı və etibarnamə ənənəsinə necə təsir edəcəyi ən çox müzakirə olunan məqamlardır.

media-banner_tkm

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov yeniliyin texniki tərəflərini belə izah edib:

media-idp-gov-az_538_ersad_huseynov_1

“Bu ilin əvvəlindən tətbiq olunan qaydaya əsasən, avtomobilin bir neçə istifadəçisi olduqda, növbəti sığorta müqaviləsi zamanı ən pis göstəricisi olan şəxsin tarifinə uyğun ödəniş tələb olunacaq. Bu, həmin müqaviləni kimin bağlamasından asılı olmayaraq, məhz belə tətbiq ediləcək”.

Ə. Hüseynov vurğulayıb ki, bu addım ilk növbədə sığorta şirkətlərini illərdir davam edən müəyyən manipulyasiyalardan xilas edir:

“Əvvəllər kimsə qəza törədib sığorta tarixçəsini korlayanda (‘malus’ alanda), yüksək ödənişdən yayınmaq üçün avtomobili aşağı tarifli başqa bir şəxsin adına etibarnamə ilə sığortalatırdı. İndi sığorta şirkətləri bu cür hallardan canlarını qurtardılar. Mərkəzi Bankın bu yeniliyi şirkətləri bəzi avtomobil sahiblərinin manipulyasiyasından qorudu”.

Lakin ekspert bu dəyişikliklərin yol təhlükəsizliyinə təsiri məsələsində o qədər də nikbin deyil. O, sığortanın hələ ki çəkindirici rol oynamadığını qeyd edib:

“Bu yeniliyin yollardakı nizam-intizama və ya etibarnamələrin dövriyyəsinə əhəmiyyətli təsir göstərəcəyini düşünmürəm. Çünki Azərbaycan reallığında sığorta mexanizmi ilə yol-nəqliyyat hadisələrinə təsir etmək hələ oturuşmayıb. Dünyanın bəzi ölkələrində sürücünün adi qayda pozuntuları belə sığorta haqqına təsir edir, amma bizdə hələ ki, bu sistem yoxdur”.

Yekun olaraq Ərşad Hüseynov qeyd edib ki, ölkədə yol hərəkəti təhlükəsizliyi problemləri tam başqa istiqamətdədir və sığorta vasitəsilə bu sahədə ciddi yaxşılaşma gözləmək hələ tezdir. Ekspertə görə, bu dəyişikliyə təhlükəsizliyi artıran element kimi deyil, maliyyə intizamını tənzimləyən bir vasitə kimi baxmaq lazımdır.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05