İzzət Bağırov aliment verən kişiləri RÜSVAY ETDİ: “Başına dəysin o 200 manatın!”
“O məbləğlə uşaq saxlamaq olar? Təkcə məktəb ləvazimatı 700 manat tutur…”
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni İzzət Bağırov “Öz aramızda” verilişində qonaq olarkən deyib.
Müğənni boşandıqdan sonra övladına qarşı məsuliyyətsiz davranan və az məbləğdə aliment ödəyən kişilərlə bağlı sərt fikirlər səsləndirib:
“Məhkəmə aliment kəsir, deyirlər 200 manat… Heç bu pulla uşaq saxlamaq olar? Bunun paltarı var, gəzməyi var, xəstələnəndə dərmanı var… Elə təkcə sentyabr ayında məktəb avadanlığı 600-700 manat tutur. Kişi çıxıb deyir ki, “200 manat alimenti verirəm də”. Başına dəysin o aliment!
Ola bilər ki, ana ilə ciddi problemin var, münasibətləriniz tamamilə pisləşib, vuruşmusunuz, amma bunun uşağa nə dəxli var? Uşaqlar günahsızdır. Onlara baxmaq atanın borcudur. Atalar öz övladlarına sahib çıxmalıdırlar”.
Sənətçinin bu çıxışı studiyada və sosial şəbəkələrdə böyük dəstək qazanıb.
Nehru













