Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kabildə bir gündə iki partlayış: 40-dan çox ölü, 100-ə yaxın yaralı var

Əfqanıstanın paytaxtı Kabildə bir gündə iki dəhşətli partlayış törədilib.

Yenicag.az xəbər verir ki, ilk hadisə paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib. Hadisə nəticəsində azı 31 nəfər həlak olub, 50-dən çox adam yaralanıb.

Hadisə yerinə həkimlər və polis əməkdaşları cəlb edilib.

Əfqanıstan Daxili İşlər Nazirliyi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini açıqlayıb.

Artıq İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

Digər partlayış ölkənin şimal-şərqindəki Baqlan əyalətində seçici qeydiyyatı mərkəzi qarşısında törədilib. Bu partlayış zamanı isə 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

www.yenicag.az

2930
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100