Kadırov Qərbi ittiham etdi

media-hightechnic-468x90

49343Çeçenistan lideri Ramazan Kadırov Qroznıda terror aktlarının maliyyələşdirilməsində şübhəli bilinənin soyadını açıqlayıb.

Bu haqda Çeçenistan Respublikasının başçısı “instaqram” hesabında yazıb.

“Aidiyyatı qurumlarda terrorçuları maliyyələşdirmək üçün qərb xüsusi xidmət orqanları Əhməd Umarova pul göndərib. Kalyapin soyadlı şəxs isə həmin pulu terrorçulara çatdırıb. Yoxlamaq lazımdır, bu Kalyapin kimdir. Bu haqda araşdırma aparılır”, deyə Kadırov bildirib.

Qeyd edək ki, dekabrın 4-də Qroznıda polis maşınını partladan və məktəbin binasını tutan yaraqlılara qarşı xüsusi əməliyyat keçirilmişdi. Rusiya istintaq komitəsi Qroznıda polislərə hücum faktı üzrə cinayət işi qaldırıb.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600