Kadırovun 15 yaşlı oğlu daha bir mükafata LAYİQ GÖRÜLDÜ - Ruslar HİDDƏTLƏNDİ - FOTO

media-hightechnic-468x90

Kadırovun oğlu daha bir mükafata layiq görülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Risiya mediası məlumat yayıb. Bildirilir ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğluna daha bir mükafat təqdim edilib.

Bu dəfə “bütün müsəlmanların qəhrəmanı” Adam Kadırov “Qaraçay-Çərkəz Respublikasına xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Bundan bir gün əvvəl Adam Kadırov Tatarıstanın ikinci mühüm ordeni olan “Dostluq” ordeni ilə təltif edilib. Kiçik Kadırova mükafatı Tatarıstanın rəhbəri Rüstəm Minnixanov təqdim edib.

Ruslar bu “təltifetmələr”in nəyə hesablandığını anlaya bilmirlər. Müharibədə “canını qoyanlar”ın əvəzinə, 15 yaşlı Adamın mükafatlandırılması hiddətə səbəb olub.

Xuraman Etibarlı

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa