Kafedə partlayış baş verdi

media-hightechnic-468x90

72176Abşeron rayonununda kafe partlayıb. Yenicag.az anspress-ə istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində baş verib.

Masazır qəsəbəsində qəsəbə sakini Nicat Novruzova məxsus kafedə qaz balonunun sızması nəticəsində partlayış baş verib. Daha sonra isə kafedə yanğın başlayıb.

Nəticədə kafenin pəncərə şüşələri sınıb. Hadisə kafedə təmir işləri aparılarkən olub.

Yanğın zamanı iki nəfər yaralanıb. Bunlar təmir işləri aparan qəsəbə sakinləri Elşad Abbasov və Qabil Quliyev olub. Onlar yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa