Şamaxı şəhəri 85 saylı seçki dairəsindən deputatlığa namizəd Kamil Eyyubov davamlı olaraq hər gün qəsəbələrdə, kəndlərdə seçicilərlə görüşlər keçirir. Sakinlərdə Kamil Eyyubova olan rəğbət, sevgi və hörmət, ən başlıcası isə güvən hissi böyükdür. Onun hər bir görüşünün izdihamla qarşılanması da söylədiklərimizi bir daha təsdiq edir.
Yenicag.az xəbər verir ki, Kamil Eyyubovun bundan sonra da görüşləri davam edəcək və hər bir vətəndaşla, hər bir seçici ilə fərdi olaraq söhbətlər aparacaq.
Deputatlığa namizəd Kamil Eyyubov Şamaxının Zarat Xeybər, Dəmirçi, Ərçiman, Çarhan, Sabirli, Adnalı, Kələxanı kəndlərində baş tutan görüşlərini sizlərə təqdim edirik.
İnanırıq ki, 9 fevralda 2020-ci ildə keçiriləcək parlament seçkilərində Kamil Eyyubov seçiciləri tərəfindən dəstəklənəcək və onu özlərinin ən layiqli təmsilçisi olaraq deputat seçilməsinə nail olacaqlar.
www.yenicag.az