Kamran Musayevin ailəsində FACİƏ - Qızının ölüm səbəbi məlum oldu - FOTO

media-hightechnic-468x90

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevin qızı Dilay Musayevanın ölüm səbəbi məlum olub.

media-banner_tuq

Bu barədə Report-a onun yaxınları məlumat verib.

Bildirilib ki, Türkiyədə yaşayan 20 yaşlı D.Musayeva beyin qansızmasından dünyasını dəyişib.

Həmçinin qeyd olunub ki, D.Musayevanın cənazəsi Azərbaycana gətirilib və bu gün Bakıda dəfn olunacaq.

***

10:11

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevə ağır itki üz verib.

Yenicag.az xəbər verir ki, onun Türkiyədə ali təhsil alan 20 yaşlı qızı Dilay Musayeva qəfildən vəfat edib.

Yüzlərlə insanın ürəyini müalicə edən həkimin qızı ürək tutmasından həyatını itirib.

Hazırda onun nəşinin ölkəmizə gətirilməsi üçün işlər görülür.

Allah rəhmət eləsin!

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05