!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kanadada 200 min nəfər işıqsız qaldı

!Reklam – Yazi

213a67017cdf6d8c023560bba8d3d71bKanadanın qərb bölgəsində qeyri-sabit hava şəraiti nəticəsində 200 minə yaxın insan elektrik enerjisiz qalıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, elektrik enerjisinin kəsilməyinə şiddətli küləklə müşahidə edilən yağıntılar səbəb olub.

Britaniya Kolumbiyası əyalətinin ən iri meqapolisi Vankuverdə küləyin sürəti saniyədə 32,5 metrədək yüksəlib. Yüzlərlə ağac və elektrik dirəkləri aşıb, yaşayış evləri və nəqliyyat vasitələrinə ziyan dəyib. Eyni zamanda, regionda bərə nəqliyyatının hərəkəti dayandırılıb.

Meteoroloqlar isə yağıntıların hələ həftəsonuna qədər davam edəcəyini proqnozlaşdırıb.

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv