Kanalda gənc qızın meyiti tapıldı
Yenicag.az xəbər verir ki, Türkiyədə bir ailə faciəylə üzləşib.
Beləki, 18 yaşlı Cansu Kayanın kanaldan cəsədi aşkarlanıb. Restoranda ofisiant çalışan gənc qızı işdən çıxdıqdan sonra bir daha heç kim görməyib. Evə gəlmədiyini görən ailəsi polisə xəbər verib. Dərhal gənc qızın axtarışlarına başlansa da, bir nəticə əldə olunmayıb. Bir neçə gün davam edən axtarışlara qızın ailəsi də qoşulub. Cansu Kayanın bacısı onun cəsədini kanalın kənarında tapıb.
Ölüm səbəbini müəyyən etmək üçün meyit aidiyyati qurumlara təhvil verilib.