Kapuçin meymunları haqqında şok araşdırma: Başqa növün balalarını niyə qaçırırlar?
Panamanın Xikaron adasında yaşayan erkək kapuçin meymunlarının eyni ərazidəki başqa bir növün – ulayan meymunların balalarını qaçırmağa başladığı müşahidə olunub.
Yenicag.az xəbər verir ki, tədqiqatçılar bu qeyri-adi davranışın arxasında yırtıcı təhlükənin olmaması və meymunların artan boş vaxtının səbəb ola biləcəyini qeyd edirlər.
Uzun illərdir, adadakı kapuçin populyasiyasını izləyən alimlər 2022-ci ildən etibarən erkək meymunların müxtəlif ulayan meymun balalarını daşıdıqlarını qeydə alıblar.
5 erkək meymunun ümumilikdə 11 bala qaçırdığı müəyyənləşdirilib.
Mütəxəssislər bu vəziyyəti meymunlar arasında yayılan mədəni davranış nümunəsi kimi dəyərləndirir. Tədqiqatçılar meymunların bu “trend”i bir-birindən öyrəndiyini və bunun sosial davranış halına gəldiyini deyirlər.
Alimlər davranışın səbəbini tam anlamaq və ilk olaraq bu “trend”i başladan “Joker” adlı meymunun sosial statusunu araşdırmaq üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.