Karate Federasiyasında maliyyə problemi - Vəziyyət kritikləşir

media-hightechnic-468x90

Azərbaycan Milli Karate Federasiyasının getdikcə ağırlaşan maliyyə vəziyyəti artıq idmançıların məsul beynəlxalq yarışlardakı nəticələrinə də təsir göstərməkdədi.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə federasiyanın yaydığı son məlumatda bildirilir. Qeyd olunur ki, İstanbulda Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan Karate 1 liqasının A seriyasında böyük heyətlə iştirak edən idmançılarımız 2 bürünc medalla kifayətlənməli olublar. Gənclər və böyüklərdən ibarət seçmə komandalarının bir çox üzvündən yalnız Rafael Ağayevlə (-75 kq), İrina Zaretska (-68 kq) A liqasının 3-cü pilləsini tutub. 12-ci İstanbul Open turnirində 72 ölkədən 1134 karateçi mübarizə aparıb.

Qarşıda yeniyetmə və gəncləri oktyabrın son günləri İspaniyada dünya çempionatı gözləyir. Dünya çempionatı 2018-ci ilin yayında Argentinada Yeniyetmələrin olimpiadasına lisenziya xalları qazandıran üç rəsmi yarışdan ikincisidi. Hazırlıqlar üçün ciddi çətinliklər olsa da, təlim-məşq toplanışı davam edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05