“Oğluma elə müalicələr etdirirdik ki, elə bilirdim on il yaşayacaq”.
Yenicag.az xəbər verir ki, bunu əməkdar artist Zöhrə Abdullayeva ağır xəstəlikdən dünyasını dəyişən yeganə oğlunun itkisindən danışarkən deyib.
Sənətçi düşməninə də belə dəhşətli itki arzulamadığını bildirib:
“Oğlumun xəstəliyi elə idi ki, o xəstəlik cəmi üç ay çəkir, amma biz onu bir il beş ay yaşada bildik. Beynində şiş vardı. Çox ağır dərddir, Allah düşmənimə də göstərməsin. Bilirsən ki, gəlmiyəcək, amma gözləyirsən, həsrət qalırsan, yuxuna da gəlmir. Rəhmətə gedəndən sonra, cəmi bir dəfə yuxuda gördüm, dedi, niyə ağlayırsan, mən ölməmişəm, hamını görürəm”.
Müğənni bu sözləri “Ay Zaur” verilişində deyib.
Nehru
www.yenicag.az