!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş nazirin sürücüsü maşını ilə yoxa çıxdı - VİDEO/YENİLƏNİB

!Reklam – Yazi

13:04

İsgəndər Həmidovun sürücüsü və maşını Şəmkir rayon ərazisində tapılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Ağstafa rayon polisi keçmiş nazirin sürücü və maşınını Şəmkir rayonuna gətirib. Burada sürücünü sərbəst buraxaraq geri qayıdıb.

***

11:59

Ağstafada olan keçmiş daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü və maşını yoxa çıxıb.

Bu barədə Yenicag.az-a danışan eks nazir bildirib ki, onlar Ağstafadan Qazaxa taksi ilə gediblər. Geri qayıdarkən isə nə maşını, nə də sürücünü tapmayıblar.

İsgəndər Həmidovun sözlərinə görə, sürücüsü və maşını yoxa çıxıb:

“Sürücüyə zəng çatmır. Maşın da yerində yoxdur. Düşünürəm ki, onları oğurlayıb və gizlədirlər”.

İsgəndər Həmidov bildirib ki, hazırda polisə gedirlər, baş vermiş hadisəni araşdırmağa çalışırlar.

Səxavət Məmməd

www.yenicag.az

6229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv