Kəmaləddin Heydərov Daşkəsəndə vətəndaşları qəbul edəcək

media-hightechnic-468x90

b2c1f8bf63d53fa520e16588ada6967eAzərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 29-da Daşkəsən şəhərində Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, nazir tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 193, digər məsələlərlə bağlı müraciət etmiş 98 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600