Kənan-Beren cütlüyü birgə layihədə
Azərbaycanda da kifayət qədər böyük heyran kütləsinə sahib olan türk aktrisa Beren Saat toydan sonra üzə çıxıb.
Aktrisa ötən gün moda nümayişinə qatılıb. O, pərəstişkarlarından birinin şəkil çəkdirmək arzusunu gerçəkləşdirib.
Jurnalistlər aktrisadan həyat yoldaşı Kənan Doğulu ilə eyni layihədə yer alıb-ala bilməyəcəyini soruşublar. Aktrisanın cavabı isə müsbət olub.
“Niyə də olmasın. İkimiz də peşəkarıq. Təklif gəlsə dəyərləndirərik”.
Qeyd edək ki, cütlüyün toyu bu il olub. İlin sürpriz toyu iyul ayının 29-da ABŞ-da baş tutub.