Kərəm Həsənov Xızıda növbəti vətəndaş qəbulu keçirəcək

скачанные файлыMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 23 oktyabr 2015-ci il tarixində Xızı rayonunda vətəndaş qəbulu keçiriləcəkdir. Qəbulda Xızı, Sumqayıt və Siyəzən şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Qəbul saat 11:00-da rayonda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.