Günəşdən yerə “zərbə”: Plazma buludu atmosferə çatdı
Günəşdə baş verən güclü partlayış nəticəsində kosmosa atılan plazma buludu Yer atmosferinə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
İyunun 5-də qeydə alınan hadisə ilə bağlı ilkin müşahidələr açıqlanıb. Alimlər plazma buludunun Yerə təsirinin proqnozlaşdırılandan daha mülayim olduğunu bildiriblər.
Laboratoriyadan verilən son məlumatda deyilir: “Gəliş prosesi davam edir. Təxminən iki saatdan sonra vəziyyət daha aydın olacaq. Lakin ilkin müşahidələr göstərir ki, Yerə çatan plazma buludun yalnız kənar hissəsidir, onun əsas nüvəsi planetimizi yan keçib.”
Qeyd edək ki, Günəşdə baş verən bu cür püskürmələr zamanı kosmik hava hadisələri diqqətlə izlənilir. Buludun “əsas nüvəsinin” yan keçməsi, Yer üçün gözlənilən potensial ciddi təhlükələrin (texnoloji və rabitə sistemlərində fasilələr) minimuma endiyindən xəbər verir.












