Zelenski Putinə məktub göndərdi: Kreml sükutu belə pozdu

media-hightechnic-468x90

Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinə ünvanladığı məktub dünya gündəminə bomba kimi düşüb.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb.

Peskov Vladimir Putinin Zelenskinin məktubu barədə məlumatlandırıldığını təsdiqləyib. Lakin o, Putinin bu məktubu oxuyub-oxumadığı və məzmununa hansı reaksiyanı verdiyi barədə konkret açıqlama verməkdən yayınıb.

Mətbuat katibinin ən diqqətçəkən açıqlaması isə məktubun göndərilmə üsulu ilə bağlı olub. Peskov bildirib ki, sözügedən məktub rəsmi diplomatik kanallar vasitəsilə daxil olmayıb.

Qeyd edək ki, tərəflər arasında gərginliyin yüksək olduğu bir vaxtda belə bir məktubun ortaya çıxması müxtəlif müzakirələrə yol açıb. Kremlin bu məktuba rəsmi münasibət bildirib-bildirməyəcəyi isə hələlik qaranlıq qalır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05