Kəsik başı oğluna verdi-Fotolar

media-hightechnic-468x90

kesik-kafayla-ogluna-poz-verdirdi-4659020Yenicag.Az xəbər verir ki, Suriyanın Rakka vilayətində İŞİD xadiminin Twitterə yerləşdirdiyi fotoşəkil dünyanı şok etdi.

Daha əvvəl Avstraliyanın Sidney şəhərində yaşayan və sonra ailəsiylə birlikdə Suriyaya köçərək İŞİD-ə qatılan Xalid Şarruf adlı xadim, kəsik bir başı təxminən yeddi yaşlarında olan oğlunun əlinə verərək fotoşəkilini çəkib.

Şarruf Twitterə yüklədiyi fotonun altına da “Budur mənim oğlum!” deyə yazıb. Fotoşəkildə mavi köynək və qısa şalvar geyinmiş olan azyaşlı uşağın Suriyalı bir əsgərə aid olduğu zənn edilən kəsik başı iki əliylə çətinliklə tutmağa çalışdığı görülür.

Xalid Şarruf sosial şəbəkədə bir də öz fotoşəkilini yükləyib. Eyni kəsik başı bu dəfə şəxsən qaldıran IŞİD xadimi, altına da “Nə baş amma!” deyə yazıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600