Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Keşlə"dən Orxan Sadıqlı açıqlaması: "Rəhbərlik baş məşqçiyə səlahiyyət verib ki..."

Reklam: Sinerji Pro

Xəbər verdiyimiz kimi, “Keşlə” qapıçısı Orxan Sadıqlı ilə arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

25 yaşlı qolkiper isə bu durumdan narazıdır. O açıqlamasında “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovu futbolçunun maaşına qarışmasında ittiham edib.

Nəticədə əlcək sahibi əvəzedici komandaya göndərilməsiylə razılaşmadığından digər təklifləri dəyərləndirmək üçün klubdan ayrılıb.

Yenicag.az-a açıqlama verən “Keşlə”nin meneceri Eldəniz Yusifov Orxan Sadıqlının ittihamına cavab verib. O, məsələyə belə aydınlıq gətirib:

“Orxan Sadıqlı ötən gün rəsmən “Keşlə”dən ayrıldı. Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. O, dekabrın sonuna qədər icarə əsasında “Sumqayıt”da çıxış edirdi. İcarə müddəti başa çatandan sonra baş məşqçimiz Tərlan Əhmədov bildirdi ki, Orxan Sadıqlı mənim planlarıma daxil deyil. Ya başqa bir kluba icarəyə verilsin, ya da müqaviləsi qarşılıqlı razılıq əsasında pozulsun. 3 gün öncə gəldi, yenə görüşdü. Tərlan müəllim qərarını açıqladı ki, klub tapa bilməsən, mən səni əsas komanda ilə təlim-məşq toplanışa aparmayacam. Əvəzedici heyətə göndərilsən, maaşın 500 manat təyin olunacaq. Çünki əvəzedici komandada ondan artıq maaş yoxdur. O da bir gün sonra qərarını verdi ki, getmək istəyirəm. Məlumat verdiyinə görə, Makedoniyadan, bir də başqa ölkədən təklif alıb. Klub rəhbərliyi baş məşqçiyə səlahiyyət verib ki, istənilən futbolçu ilə danışıqları özü aparıb, qərarını bildirsin. Orxan Sadıqlı ilə bağlı qərar veriləndə də klub rəhbərliyi ilə məsləhətləşmişdi. Sadəcə, qapıçı ilə görüşəndə qərarı baş məşqçi açıqlayıb. Bu o demək deyil ki, rəhbərlik belə məsələlərdə futbolçu ilə görüşmür, danışmır. Tərlan müəllim ümumi qərarı bildirib”.

Emin Səfərov

www.yenicag.az

6750
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM