Kikboks üzrə möhtəşəm ölkə çempionatı keçirilib-Fotolar
18-19 aprel 2015-ci il tarixlərində Azərbaycan Kikboksinq Federasiyası “narkomaniya və uşaq cinayətkarlığına qarşı“ adı altında XXI Azərbaycan çempionatını keçirib.
Çempionat Azərbaycan himni ilə başlayıb.
Bu barədə Kikboksinq Federasiyasından məlumat verilib. Məlumata görə, çempionat Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyinin vahid idman təqvim planına əsasən Sərhədçi Olimpiya Kompleksində baş tutub.
Çempionatın keçirilməsi 2015-ci ildə dünya, Avropa çempionatının beynəlxalq və peşəkarlar arasında turnerdə iştirak edəcək, milli komandanın tərkibini müəyyənləşdirmək idi. Kikboksçular öz güclərini sınayıblar.
Çempionatı giriş sözü ilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev açaraq, Azərbaycan idmanın uğurlar və nailiyyətlərindən, kikboksinq idman növünə böyük maraq danışıb. Artıq ölkəmizin beynəlxalq idman arenasında özünə məxsus yer tutduğunu, bu il keçirilən 2015 Avropa Yay Oyunları idmanımızın uğurlarından xəbər verdiyini diqqətə çatdırıb.
Adil Əliyev ölkədə idmançılara yaradılan hər çür imkan və şəraitə görə, Prezident İlham Əliyevə təşəkkürünü, idman siyasətinin güclənməsində göstərdikləri xidmətlərə görə, Azərbaycan Respublikası İdman və Gənclər naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentinə Çingiz Hüseynzadəyə çox sağ olunu çatdırıb.
Federasiya rəhbəri Azərbaycanın son illər qazandığı nailiyyətləri haqqında danışıb.
“Bu gün ölkəmiz bütün istiqamətlərdə inkişaf edir. Ölkəmizin güclənməsi onun işğal altında qalan torpaqlarının azad olunamasını sürətləndirir. Bu günün kikboksçuları sabahın əsgərləridir və torpaqlarımızın düşmənlərdən azad olunmasında fəal iştirak edəcəklər”,- deyə millət vəkili əlavə edib.
Çempionat kişilər arası komanda hesabına (5 qızıl, 4 gümüş və 3 bürünc medal) kikboksinq üzrə XXI-ci Azərbaycan Çempionatının Kubokunu NEFTÇİ İSM klubu qələbəsi ilə başa çatıb(kikboxing).