!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kilsəyə silahlı basqın - İnsanları girov götürmək istəyən silahlılar məhv edildi

!Reklam – Yazi

Çeçenistanda kilsədə ibadət edən insanları girov götürmək istəyən silahlılar məhv edilib.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib.

Hadisə paytaxt Qroznıda qeydə alınıb. Kadırovun sözlərinə görə, həyata keçirilən xüsusi əməliyyat nəticəsində dörd yaraqlı məhv edilib.

Qarşıdurma zamanı bir polis əməkdaşı da aldığı güllə yarasından ölüb. Daha bir polisin isə yaralandığı bildirilir.

Kadırov silahlıların Qərb ölkələrinin birindən təlimat aldığını iddia edib: “Hazırda zərərsizləşdirilən silahlıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür, ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb”.

www.yenicag.az

2017
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv