Şimali Koreya lideri Kim Çen In demilitərizə edilmiş zona olan Pxanmunjomda xüsusi rabitə vasitəsilə Cənubi Koreya ilə danışıqlara başlamaq barədə əmr verib.
Bu barədə Yenicag.az xarici KİV-inə istinadən xəbər verir.
Xüsusi rabitə vasitəsinin bu gün açılması nəzərdə tutulub.
Bu addımın məqsədi KXDR nümayəndə heyətinin Pyeongchangdakı Olimpiya Oyunlarında iştirakının mümkünlüyünü müzakirə etməkdir.
Məlumata görə, həmçinin Kim Çen In Cənubi Koreyanın nümayəndə heyətinin iştirakı ilə sülh təklifinə verdiyi dəstəyi alqışlayır.
www.yenicag.az